İraq hakimiyyəti ölkənin cənub əyalətlərində komendant saatı tətbiq edib.
Teleqraf.com-un "RİA Novosti"yə istinadən xəbərinə görə, buna səbəb hakimiyyət əleyhinə keçirilən kütləvi aksiyalardır.
Komendant saatının Nəcəf, Kərbəla, Maysan və Bəsrədə tətbiq olunduğu bildirilir.