Ukraynda “Şaxtyor” futbol klubunun braziliyalı futbolçusu Taysonun anasını qaçırıblar.
Teleqraf.com Ukrayna mətbuatına istinadən xəbər verir ki, qadının yaşadığı evin qarşısına avtomobil gəlib. Ona gül buketinin gətirildiyini deyərək, aldadıblar. Daha sonra qadını maşının yük yerinə qoyaraq qaçırıblar.
Polisin məlumatına görə, futbolçunun anası axşam saatlarında evindən 50 km uzaqlıqda tapılıb. Artıq hadisə ilə bağlı 4 nəfər saxlanılıb. Taysonun anasının vəziyyətinin yaxşı olduğu bildirilib.
Faklta bağlı cinayət işi açılıb.