19 İyul 2018 08:45
990
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan bizdən sadəcə sərhədləri ayrı olan dövlətdir. Mərhum Heydər Əliyevin ifadəsilə desəm, “iki dövlət, tək millətik”. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ənənəvi olaraq prezident seçildikdən sonra Azərbaycana səfəri çox açıq və mənalı mesajlar verir.

Teleqraf.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri Türkiyə dövlət başçısının baş məsləhətçisi Yalçın Topçu Rəcəb Tayyib Ərdoğanın ilk rəsmi səfərini Azərbaycana etməsini dəyərləndirərkən deyib.

Onun sözlərinə görə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Türkiyə və Azərbaycan qiyamətə qədər azad və müstəqil yaşayacaq altı dövlətdir: “Ancaq hamımız tək millətik. Bu millətin altı övladı var. Bunlardan Azərbaycan və Türkiyə əkiz qardaşdır. Xüsusilə Prezidentlər Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin dövrü əlaqələrimizin almaz dəyərində inkişaf etdiyi bir mərhələni ifadə edir. İki dövləti təkcə mənəvi bağlar deyil, iqtisadi, enerji, müdafiə və digər bir çox sahələr birləşdirir. Bütün qəlbimlə inanıram iki, bundan sonra da dayanmamalı, düşmənlərimizin bağrını çatlatmağa davam edəcəyik”, - deyə prezidentin baş məsləhətçisi qeyd edib.


Müəllif: Nərgiz

Oxşar xəbərlər