19 İyul 2018 07:54
579
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə fövqəladə vəziyyət rejimi ləğv edilib.

Teleqraf.com CNN Türkə istinadən xəbnər verir ki, FETÖ-nün 15 iyul 2016-cı il çevriliş cəhdindən sonra iyulun 21-də elan olunan fövqəladə vəziyyət rejimi bu gecə yerli vaxtla saat 01:00-da başa çatıb.

Daha sonra parlament fövqəladə vəziyyət rejiminin üç ay müddətinə olmaqla ümumilikdə yeddi dəfə uzadılmasına qərar verib.

Konstitusiyaya görə, müddətin bitməsinə kimi Məclisə fövqəladə vəziyyət rejiminin uzadılması üçün təklif gəlmədiyinə görə, fövqəladə vəziyyət rejimi başa çatıb.

Bundan əlavə Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın terror təhlükəsi yarandığı təqdirdə fövqəladə vəziyyət rejiminin bərpa edilə biləcəyini bildirib.


Müəllif: Ruslan

Oxşar xəbərlər