25 İyul 2018 12:46
883
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tacikistan Moskva ətrafındakı Serpuxov rayonunda qətlə yetirilən 5 yaşlı qızın ölkə vətəndaşı olduğunu təsdiqləyib. Rəsmi Düşənbə hərtərəfli istintaq aparılması və cinayətkarın ciddi şəkildə cəzalandırılması üçün Rusiya Xarici İşlər Nazirliyinə nota verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Tacikistan XİN-in bəyanatında bildirilib.

Qeyd edək ki, qızın ölümü ilə bağlı 1990-cı il təvəllüdlü bir nəfər yerli sakin həbs olunub. Müəyyən olunub ki, qız iyulun 22-də evlərinin yaxınlığındakı uşaq meydançasında itkin düşüb. Onun meyidi iyulun 23-də dəmiryol xəttinin yaxınlığında idman çantasında aşkarlanıb. Faktla bağlı cinayət işi qaldırılıb.

Bu gün qızın meyidi təyyarə ilə Moskvadan Düşənbəyə gətirilib.


Müəllif: Səxavət

Oxşar xəbərlər