31 İyul 2018 00:55
839
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Milli Təhlükəsizlik Xidməti prezident Pyotr Poroşenkonun dövlətə xəyanət faktı üzrə araşdırma başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ali Radanın deputatı Vitaliy Kupriy feysbuk səhifəsində yazıb.

O qeyd edib ki, UTX-yə şahid qismində çağırış vərəqəsi alıb. Sənədin fotosu deputat tərəfindən yazıya əlavə edilib.

Araşdırmalara səbəb isə ötən ilin avqustunda Poroşenkonun xüsusi təyinatlılar taqımına 500 milyon qriven (31 milyon manat) dəyəri olan 100 snayper kompleksi bağışlaması haqqında yayılan məlumat olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər