Çin Xalq Respublikası ABŞ-ın gömrük siyasətinə cavab olaraq okeanın o tayından gələn məhsullara 60 milyard dollarlıq rüsum tətbiq edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Çin Maliyyə Nazirliyinin məlumatında qeyd olunub. Bildirilir ki, Tramp administrasiyasının 200 milyard dollarlıq Çin məhsullarına vergi dərəcəsini 10 faizdən 25 faizə yüksəltməsi Pekinin adekvat addım atmasına səbəb olub.
Çin 60 milyard dollarlıq ABŞ mallarına rüsumu 4 dəfə artırıb.
"Hər hansı təktərəfli təhdid və ya şantaj sadəcə çəkişmələrə yol açacaq və bütün tərəflərin maraqlarına zərər vuracaq", deyə məlumatda qeyd olunur.