Rusiyanın xarici işlər naziri Sergey Lavrov avqustun 13-də Ankaraya səfər edəcək.
Teleqraf.com tass.ru-ya istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat yayıb.
Onun sözlərinə görə, Sergey Lavrov Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun dəvəti ilə Türkiyənin beynəlxalq təşkilatlardakı daimi nümayəndələri və səfirlərin müşavirəsində iştirak edəcək.
Mariya Zaxarova qeyd edib ki, 2 günlük səfər çərçivəsində Rusiyanın xarici işlər nazirinin səfirlərin müşavirəsində çıxış etməsi və Türkiyə xarici işlər naziri ilə danışıqlar formatında görüşü planlaşdırılır.