18 Avqust 2018 18:08
589
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yəməndə 50-yə yaxın körpə ABŞ istehsalı olan silahla öldürülüb.

Teleqraf.com xəbər verir ki, CNN telekanalı Yəməndəki yerli şahid və mütəxəssislərə istinad edərək uşaqların ölümünə səbəb olan hücumlarda istifadə edilmiş MK-82 tipli bombasının ABŞ istehsalı olduğunu açıqlayıb.

Sözügedən bomba Amerikan Lockheed Martin firmasında hazırlanır. 227 kiloqramlıq bombanın ABŞ tərəfindən Səudiyyə Ərəbistanı liderliyində koalisiyaya dəstək məqsədilə verildiyi və Yəməndə çoxlu sayda körpənin məhz bu silahla öldürüldüyü bildirilir.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı liderliyindəki koalisiya avqustun 9-da Yəmənin Sada şəhərinə havadan zərbələr endirib. Nəticədə çoxlu sayda körpə və uşaq öldürülüb.


Müəllif: Cavad

Oxşar xəbərlər