İran paytaxt Tehranda keçirilən hərbi sərgidə yerli istehsal olan “Kövsər” qırıcısını nümayiş etdirib.
Teleqraf.com İran mətbuatına istinadla xəbər verir ki, prezident Həsən Ruhani ilk reaktiv təyyarənin nümayişi zamanı çıxışında ABŞ-a mesaj göndərib:
“Bəziləri hərbi gücümüz artanda müharibə istədiyimizlə bağlı nəticə çıxarır. Amma bu, əslində sülh axtarışıdır, çünki biz müharibə istəmirik”.
Onun fikrincə, ABŞ dünyada etibarsız dövlətdir: “ABŞ İrana hücumun nəticəsinin onlara çox baha başa gələcəyini yaxşı bilir”.
Türkiyə və Pakistanla müdafiə sahəsində işbirliyinin mümkünlüyünə toxunan Həsən Ruhani üç ölkənin birgə döyüş təyyarələrinin istehsal edə biləcəyini deyib.