Rahib Bransonla bağlı məhkəmə prosesi qanunlara uyğun şəkildə davam edir. ABŞ-ın tələbləri qəbuledilməzdir.
Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın “Röyters”ə açıqlamasında deyib.
Onun sözlərinə görə, ABŞ daxil olmaqla hər kəs Türkiyə hökumətinin qərarına hörmət etməlidir.
“Türkiyə Cümhuriyyəti hüquqi dövlətidir. Rahib Endryu Bransonla bağlı məhkəmə hüquqi prosedurdur. Amerika Birləşmiş Ştatlarının məhkəmə prosesinə məhəl qoymadan bir sıra tələblər irəli sürməsi qəbuledilməzdir. ABŞ öz ölkəsində edə bilmədiyini başqa ölkədən tələb edə bilməz”, - deyə İbrahim Kalın söyləyib
Prezidentin mətbuat katibi qeyd edib ki, Türkiyənin heç bir dövlətlə iqtisadi savaş aparmaq niyyəti yoxdur: “Lakin iqtisadiyyatına və məhkəməsinə yönəlik hücumlara səssiz qalmayacaq. Türkiyə cəzalandırıcı yanaşmalara qarşı dünya ilə birlikdə hərəkət edəcək və hər zaman milli maraqlarını təmin edəcək”.