Hindistan Hərbi-Hava Qüvvələrinə məxsus MiQ-27 qırıcı-bombardımançı təyyarəsi bu gün səhər qəzaya uğrayıb.
Teleqraf.com xəbər verir ki, qəza Racastan ştatının Codxpur şəhəri yaxınlığında baş verib. Hindistan Müdafiə Nazirliyindən bildirilib ki, təyyarə planlaşdırılmış uçuş həyata keçirirmiş.
“Pilot uğurla katapult edə bilib. İnsidentin səbəbləri araşdırılacaq”, deyə Hindistan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, polkovnik Sombit Qoş bildirib.
O da bildirilir ki, mülki sakinlər arasında da itkidən qaçmaq mümkün olub.