12 Sentyabr 2018 20:28
1 981
12 Punto 14 Punto 16 Punto 18 Punto

MOSSAD Cənubi Afrika Respublikasının əfsanəvi lideri Nelson Mandela ilə 1962-ci ildə Efiopiyada əlaqə yaradıb, ona agentləri vasitəsilə silah və sabotaj təlimi keçib.

Teleqraf.com xəbər verir ki, bu iddianı illər əvvəl İsrailin məşhur “Haartetz” qəzeti ortaya atıb.

Qəzet İsrail dövlət arxivində əldə etdiyi məktuba əsaslanaraq iddiaların həqiqət olduğu qənaətinə gəlib.
MOSSAD-ın Qüdsdə yerləşən İsrail Xarici İşlər Nazirliyinə yazdığı 11 sentyabr 1962-ci tarixli məktub məxfi xarakterli olub.

Mandela bu tarixdən 2 ay əvvəl qayıtdığı Şimali Afrika Respublikasında ölkəni pasportsuz tərk etməsi səbəbindən saxlanılıb, daha sonra sabotaj da daxil olmaqla müxtəlif ittihamlarda günahlandırılaraq 27 il həbs cəzasına məhkum olunub.

Məktuba görə, 1962-ci ildə müxtəlif Afrika ölkələrinə gəzib Cənubi Afrikadakı irqçi rejimə qarşı silah və hərbi dəstək almağa çalışan Mandela Efiopiyada MOSSAD-dan silahdan istifadə etmək və sabotajın sirlərini öyrənib. O zaman MOSSAD agentləri Mandelanın kimliyi haqqında geniş informasiyaya malik olmayıb.

Mandela Efiopiyadakı İsrail səfirliyinə David Mobsari saxta adı ilə Zimbabvedən gəlibmiş.

Məktubda iddia edilir ki, Mandela MOSSAD agentlərindən təlimi alıb, habelə Fələstində ingilislərə qarşı mübarizə aparam yəhudi gizli təşkilatı Hağanah-ın sirlərini öyrənmək istəyib, yəhudiləri “şalom” deyə salamlayıb.

Eyni zamanda kommunizmə yaxın sosializm ideologiyasına rəğbət bəsləyib.

“İsrail personalı Mandellanı sionist etmək üçün çalışırdı” ifadələri də məktubda qeyd edilir.
Mandelanı MOSSAD -a bağlayan məktubun niyə gizli saxlandığının səbəblərinə gəldikdə bildirilir ki, o dövrdə İsrailin Mandelaya yardım etdiyi Cənubi Afrikada bilinsəydi, orada yaşayan yəhudilərin taleyinə təhlükə yaranardı.

Maraqlıdır ki, məktubda Nelson Mandela o dövrdə Cənubi Afrika mediasında yer alan “Qara siçan” kod adı ilə xatırlanır.

Məktub üzərində bir qeyd 24 oktyabrda 1962-ci ildə iki İsrail strukturu arasında yazışmanın aparıldığını göstərir. Qeyddə “Qara siçan” adının Mandella olduğu isbatlanır.

Nelson Mandela (18 iyul 1918 - 5 dekabr 2013) Cənubi Afrika Respublikasının ilk qaradərili prezidenti (1994-1999) olub. Aparteid əleyhinə apardığı mübarizəyə görə 27 il həbsxanada yatıb (1963-1990).

1993-cü il Nobel Sülh mükafatı laureatıdır.


Müəllif: Cavad

Oxşar xəbərlər