14 Sentyabr 2018 23:30
1 564
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fələstində mübarizənin simvolu olaraq qəbul edilən “HƏMAS”ın qurucusu Şeyx Həsən Yusifin oğlu Musab Yusif anti HƏMAS çıxışları ilə daima diqqət mərkəzində olub.

Teleqraf.com xəbər verir ki, Musab Yusif sonuncu dəfə 2015-ci ilin 22 yanvarında Londonda ortaya çıxıb. Onu “Mossad”ın 10 nəfərlik mühafizə xidməti qoruyub.

Həmin vaxt “Terrorun, xəyanətin analizi və siyasi intriqa” mövzusunda konfransda iştirak edən Musab Yusif Fələstin-İsrail qarşıdurması haqqında danışıb, HƏMAS-ın terror qaynağı olduğunu elan edib.

Bildirilir ki, HƏMAS qurucusu Şeyx Həsən Yusifin oğlu Musab Yusif ilk dəfə 10 yaşı olarkən İsrail polisinə daş atdığı üçün həbs edilib. O, 17 yaşında olarkən - 1996-cı ildə polis tərəfindən yenidən saxlanılıb. Həbsdən sonra İsrailin əməkdaşlıq təklifini qəbul edən Yusif agent kimi fəaliyyətə başlayıb. 10 il müddətinə casusluq edərək HƏMAS-ın bir sıra əməliyyatları haqqında İsrailə məlumat ötürüb, nəticədə çoxlu sayda HƏMAS fəalı və rəhbərlərinin həbsinə bais olub. Xüsusilə, İsrailin HƏMAS istiqamətli nöqtəvi əməliyyatları onun verdiyi informasiyalar sayəsində effektiv alınıb. İsrail kəşfiyyatı Yusifin verdiyi düzgün informasiyalara görə, ona “yaşıl Şahzadə” kod adını verib.

HƏMAS-ı terror təşkilatı kimi qiymətləndirən Yusif İsrailə verdiyi informasiyalar sayəsində minlərlə mülki insanın həyatını qurtardığına inanır və cəmiyyətə bu cür təqdim edilir.

Musab Yusif deşifrə olduqdan sonra İsrail tərəfi həm onun adını, həm də dinini dəyişməsinə nail olub. Atası Şeyx Həsən Yusif tərəfindən rədd edilən Musab Yusifin özünə Josef adı götürdüyü iddia olunur.

2010-cu ildə CNN İnternetional-da Kristina Amanpoura verdiyi müsahibə zamanı Musab Yusif dünya hökumətlərini İslamla mübarizə aparmağa səsləyib.
Hazırda yaşı 40-ı haqlayan Musab Yusifin 2006-cı ildən ABŞ-ın Kaliforniya ştatında yaşayır.


Müəllif: Cavad

Oxşar xəbərlər