15 Sentyabr 2018 17:54
873
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrəvanda Erməni-Fransız tədris mərkəzinə silahlı hücum olub.

Teleqraf.com Ermənistan KİV-inə istinadla xəbər verir ki, naməlum şəxslər dünən səhər saatlarında məktəbin pəncərələrini tapança ilə atəşə tutublar.

Tədris mərkəzinin direktoru Qoar Qriqoryan hadisə barədə polisə məlumat verib.

Hücum zamanı heç kəs xəsarət almayıb. Faktla bağlı araşdımalara başlanılıb.


Müəllif: Kəmalə

Oxşar xəbərlər