Rusiyanın Ermənistandakı hərbi bazasının (Cənub Hərbi Rayonunun - YUVO) hərbi qulluqçularının döyüş hazırlığı yoxlanılır.
Teleqraf.com xəbər verir ki, bu barədə hərbi bazanın mətbuat xidmətinin rəhbəri, polkovnik Vadim Astafyev məlumat verib.
O bildirib ki, Cənub-Şərqi Hərbi Komandanlığının komandiri, general-polkovnik Aleksandr Dvornikovun əmri ilə Ermənistanda yerləşən Rusiya bazası döyüş hazırlığını yoxlamaq məqsədi ilə təlim xəbərdarlığı əsasında qaldırılıb.
Mətbuat xidmətindən verilən məlumata görə, Rusiya hərbi bazasının bütün birləşmələri və hərbi hissələri yoxlanılır.