Səudiyyə Ərəbistanının rəsmi televiziya kanalında ilk dəfə ana xəbər bülletenini qadın aparıcı təqdim edib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, rəsmi “Əs-Suudiyyə”telekanalında Viam əd-Dahil adlı aparıcı tamaşaçıların qarşısına çıxıb. Qadın aparıcı televiziya kanalının və xəbər proqramının yeni mövsümdə ilk buraxılışının təqdimatı olduğuna görə verilişi həmkarı Ömər ən-Nəşvanla birgə aparıb.
Xatırladaq ki, Səudiyyə Ərəbistanında aparılan son islahatlar nəticəsində qadınlara avtomobil idarə etməyə, idman yarışlarını stadiondan izləməyə icazə verilib.