23 Sentyabr 2018 21:52
2 142
12 Punto 14 Punto 16 Punto 18 Punto

Krasnodar Rusiyanın əhalisinin sayı 1 milyon nəfərdən çox olan sayca 16-cı şəhəri olub.

Teleqraf.com xəbər verir ki, müvafiq şəhadətnamə Rusiya Dövlət Federal Statistika Xidmətinin regional idarəsinin rəhbəri Tatyana Kurnyakova tərəfindən şəhərin başçısı Yevgeni Pervışova təqdim olunub.

Qeyd edək ki, indiyədək Rusiyada Moskva, Sankt-Peterburq, Çelyabinsk, Ufa, Yekaterinburq, Omsk, Krasnoyarsk, Perm, Novosibirsk, Samara, Kazan, Nijni Novqorod, Volqoqrad, Rostov-Don və Voronej şəhərləri milyonçu-şəhər statusuna malik idi.


Müəllif: Səxavət

Oxşar xəbərlər