Vladimir Putin Donald Trampın fikirləri ilə razılaşdığını bildirib.
Teleqraf.com xəbər verir ki, “Rusiya Energetika” həftəsi çərçivəsində çıxış edən Kreml rəhbəri Trampın neftin qiyməti haqda fikirləri ilə razılaşdığını deyib:
“Tramp fikirləşir ki, qiymətlər çox bahadır. Mənə elə gəlir ki, o haqlıdır. Bizi neftin 65-75 dollar arasında olması qane edir. Bu energetika işini aparmağa və investisiya cəlb etməyə imkan verir”.
Putin həmçinin Ağ Ev rəhbəri ilə Helsinki görüşündən də danışıb:
“Helsinkidə bizim yaxşı görüşümüz oldu. Əgər biz onunla bugünkü məsələni müzakirə etsəydik və neftin qiymətinin bu dərəcədə qalxmasının günahkarını axtarsaydıq, o zaman mən Trampa deyəcəkdim: Sənə güzgüyə baxmaq lazımdır”.