14 Oktyabr 2018 16:49
898
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanından olan jurnalist Camal Qaşıqçının öldürülməsi ilə bağlı Ər-Riyada qarşı təzyiqlər kəskinləşir. Bu çərçivədə nüfuzlu şirkətlər və şəxslər şahzadə Məhəmməd bin Salmanın təşkil edəcəyi konfransda iştirakdan imtina etdikləri halda, bir sıra ölkələr sanksiya tətbiq etməyə hazırlaşırlar. İngiltərə də bu ölkələr arasındadır.

Teleqraf.com xəbər verir ki, ABŞ-da nəşr olunan “Vaşinqton Post” qəzetinin əməkdaşı Camal Qaşıqçının oktyabrın 2-də getdiyi Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğundan çıxmaması ətrafında gedən müzakirələr davam edir.

Jurnalistin öldürülməsi ilə bağlı Səudiyyə hökumətini ittiham edən Qərb dövlətləri Ər-Riyada ən ağır zərbəni oktyabrın 23-25 tarixlərində vurmağa hazırlaşırlar. Həmin tarixdə Səudiyyə taxtının vəlihədi Məhəmməd bin Salman nüfuzlu şirkətlərin və iş adamlarının iştirakı ilə Gələcəyə İnvestisiya Cəhdi adlı beynəlxalq konfrans keçirməyə hazırlaşır.

Artıq İngiltərə Xarici İşlər Nazirliyi Camal Qaşıqçı istintaqı çərçivəsində şahzadə və bir sıra Səudiyyə yetkililərinə sanksiyaların tətbiq ediləcəyini açıqlayıb. İngiltərənin bununla bağlı siyahısı da hazırdır.

Sanksiyalar insan haqlarını pozan əcnəbi yetkililərə sanksiyaların tətbiq edilməsinə icazə verən “Qlobal Maqnitski İnsan Haqları Məsuliyyəti Qanunu” çərçivəsində tətbiq olunacaq.

ABŞ və İngiltərənin nüfuzlu investisiya şirkətləri də şahzadənin konfransını boykot edəcəklərini açıqlayıb.

Beynəlxalq Əfv Təşkilatının (BƏT) Yaxın Şərq və Şimali Afrika ofisinin direktoru Heba Morayef Qaşıqçı işinə görə Səudiyyə Ərəbistanı hökumətini ittiham edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər