Çin “seçkilərə müdaxilə” nöqteyi-nəzərindən Rusiyadan daha təhlükəlidir.
Teleqraf.com xəbər verir ki, bu haqda ABŞ prezidenti Donald Tramp CBS telekanalına müsahibəsində bildirib.
“Rusiya 2016-cı ildə seçkilərə qarışırdı, amma, düşünürəm ki, Çin də qarışırdı. Məncə, Çin daha böyük problemdir”, - o deyib.
Tramp seçkilərin gedişatında Rusiya ilə sözləşdiyinə dair iddiaları yenidən təkzib edib. Onun sözlərinə görə, seçkilərlə bağlı kömək istəsəydi belə, Rusiya ona kömək edə bilməzdi.
“Rusiyaya zəng vurmaq! Sadəcə gülməlidir", - Tramp bildirib.