Türkiyənin tanınmış aktyoru və televiziya aparıcısı Mehmet Əli Ərbil xəstəxanaya düşüb.
Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, 61 yaşlı aktyorun qızı Sezin Ərbil atasının evdə yıxılaraq zərbə aldığını bildirib.
"Atamın vəziyyəti kritik deyil, amma bədənində sınıqlar var", - deyə Sezin Ərbil deyib.
Qeyd edək ki, hazırda Mehmet Əli Ərbil "Show" televiziyasında yayımlanan "Çarkı felek" proqramının aparıcısıdır.