Çexiya müxalif ərəb jurnalist Camal Qaşıqçı cinayətinə görə Səudiyyə Ərəbistanındakı səfirini geri çağırıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Çexiya Xarici İşlər naziri Tomas Petriçek özünün Tvitter hesabında məlumat yayıb.
Nazir Camal Qaşıqçının qətli ilə bağlı istintaqın şəffaf aparılması tələbi ilə çıxış edib: "Mən Səudiyyə Ərəbistanı səfirinə Çexiyanın rəsmi mövqeyini təqdim etdim. Jurnalistlərə qarşı hücumlar qəbuledilməzdir".