29 Oktyabr 2018 14:48
891
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya Kansleri Angela Merkel lideri olduğu Xristian Demokrat Partiyasının (CDU) rəhbərliyinə namizəd olmayacaq.

Teleqraf.com xəbər verir ki, o bu qərarını partiyanın idarə heyətinin iclasından açıqlayıb.

Merkal qərarını Hessen bölgəsində keçirilən seçkilərdən sonra bildirib.

Qeyd edək ki, Hessendə keçirilən seçkilərdə koalisiya partiyaları (CDU və SPD) məğlub olub. Seçkiləri isə Yaşıllar və ilk dəfə olaraq parlamentə düşmək imkanı əldə edən regional sağçı AFD partiyaları qazanıb.

CDU səslərin yalnız 11.3 faizini ala bilib.

Merkel qərarını açıqladıqdan sonra avro dollar qarşısında dəyər itirməyə başlayıb. Hazırda dünya birjalarında avro dollar qarşısında 1.1369-dan təklif olunur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər