Son üç gün ərzində İtaliyada qasırğa nəticəsində 9 nəfər ölüb, 4 nəfər xəsarət alıb, 1 nəfər itkin düşüb.
Teleqraf.com xəbər verir ki, ölkənin daxili işlər naziri Matteo Salvini son dərəcə əlverişsiz hava şəraiti səbəbindən insan tələfatının olduğunu söyləyib.
Eyni zamanda ötən gecə ölkənin şimal-şərqindəki kurort şəhəri Rappaloda güclü fırtına qoruyucu divarları aşırıb, limana böyük maddi zərər dəyib.