13 Noyabr 2018 14:14
1 919
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti SSRİ ilə imzalanmış orta mənzilli nüvə müqaviləsindən çıxacaqlarını açıqladıqdan iki gün sonra müşaviri Con Bolton Moskvaya uçdu. Boltonu Kreml sarayında qarşıladılar.

Uzun bir masada Vladimir Putinlə qarşılıqlı oturdular. Hər iksinin sağ-sol tərəflərində eyni sayda heyət üzvü əyləşmişdi.

Teleqraf.com xəbər verir ki, bu fikirlər Türkiyədə nəşr olunan “Cümhuriyyət” qəzetində Rusiya Prezidenti Vladimir Putinlə bağlı məqalə yer alıb.

“Faşizmin qabaqdakı otağı” adlı yazının müəllifi Mine Kırıkkanat yazır:

“Görüş başlamazdan bir neçə dəqiqə əvvəl çəkiliş icazəsi verilən kameralar işə düşür. Putin qarşısında oturan Con Boltona “Səhv etmirəmsə, ABŞ-ın gerbində təsvir edilmiş qartalın bir caynağında 13 ox, digər caynağında isə sülhü simvolizə edən 13 ədəd zeytun budağı var” deyir və sarkazmla gülümsəyərək davam edir: “Sualım budur: “Qartalınız zeytunların hamısını yedi, sadəcə oxlar qalıb?”.

Putinin yanındakı Xarici işlər naziri Sergey Lavrov başda olmaqla rus heyət xısın-xısın gülməyə başlayır. Amerika nümayəndə heyəti özünü soyuqqanlı aparır. Amma Con Bolton gülərək cavab verir: “Özümlə zeytun gətirmədim”. Lakin Putin ondan geri qalmayaraq, “Belə də bilirdim”, deyir. Bu dəfə amerikalılar özlərini saxlaya bilmirlər. Hər kəs gülməyə başlayır”.

Məqalə müəllifi Putin və dünyanın digər siyasi liderlərini populist olmaqda ittiham edir və vurğulayır:

“ABŞ-da Donald Tramp, Rusiyada Vladimir Putin, Türkiyədə Rəcəb Tayyib Ərdoğan, İtaliyada Matteo Salvini, Macarıstanda Viktor Urban və hətta, Fransada Emmanuel Makron dünya səhnəsində yan-yana sıralanan populist liderlərdir. Bunun davamı da var.

Populizmin siyasətdə yüksəlişi faşizmin yatağını genişləndirməklə yanaşı, qlobal qarşıdurma üçün zəmin hazırlayır.

Bax bu məsələdə Rusiya Prezidenti Vladimir Putinin yeri başqadır. Rəqiblərinə və əlindən qaçan oliqarxlara qarşı hər nə qədər qəddar olsa da, onları sığındıqları ölkələrdə öldürəcək qədər kinli olsa da, Putin hörmət edilməyə layiq liderdir. Müasirlərindən daha çox ehtiyatlı, məlumatlı və mədənidir. Yuxarıda misal çəkdiyimiz həcv də bura daxildir. Əslində populist də deyil, tamamilə avtokratdır.

Ən əhəmiyyətli xüsusiyyəti isə, digərləri kimi əzilmiş cəmiyyəti sığallayıb böyük şirkətlərin maraqlarını müdafiə edən opportunist deyil; xalqı və Rusiya üçün çalışan həqiqi dövlət adamıdır. Əlbəttə, avtoritarlar arasında da fərq var”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər