16 Noyabr 2018 19:14
696
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 16-da Tokio Cənubi Koreyanın Yapon dənizindəki mübahisəli Takeşima adalarının yaxınlığındakı tədqiqat gəmisinə görə rəsmi Seula etirazını bildirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa i mətbuat konfransı zamanı bildirib.

“Bizə məxsus olan ərazi sularında və ya bizim müstəsna iqtisadi zonamızda razılıq verilmədən tədqiqatların aparılmasını yolverilməz hesab edirik. Buna görə də öz qəti etirazımızı bildirmişik”, - deyə baş katib vurğulayıb.

Takeşima arxipelaqı koreyalıların Şərq dənizi adlandırdığı Yapon dənizinin qərbində yerləşən kiçik adalar qrupundan ibarətdir. Bu ərazi 1945-ci ildə, Koreya Yaponiyanın əsarətindən xilas edildikdən sonra beynəlxalq mübahisənin predmetinə çevrilib. Hazırda bu adalar Cənubi Koreya silahlı qüvvələrinin nəzarəti altındadır.

Tokio isə 1905-ci ildə Yaponiya imperiyasının tərkibinə daxil edilmiş bu adaları Cənubi Koreyanın qeyri-qanuni ilhaq etdiyini deyir. Cənubi Koreya hökuməti, həmçinin Şimali Koreyanın rəhbərliyi bu adalar qrupunun həmişə Koreya dövlətinə məxsus olduğunu bildirirlər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər