İranda 2 nəfər edam edilib, 1 məhbus isə edama hazırlıq üçün təkadamlıq kameraya köçürülüb.
Teleqraf.com xəbər verir ki, müttəhimlərdən biri ötən həftə dara çəkilsə də, bu barədə xəbər yeni yayılıb.
Məlumatda qeyd edilir ki, bir il əvvəl Sistan-Bəlucistan əyalətində ictimai asayişi pozmaqda ittiham olunaraq həbs edilən və ölümə məhkum edilmiş iki uşaq atası Milad Nuri noyabrın 12-də Zahidan həbsxanasında dara çəkilib.
Həmçinin 4 il əvvəl ailə münaqişəsi zəminində baş vermiş qətldə ittiham olunan və adı açıqlanmayan daha 1 müttəhim noyabrın 18-də Mazandaran həbsxanasında dar ağacından asılıb.
11il əvvəl adam öldürmək ittihamı ilə edam hökmü verilmiş 37 yaşlı Mehdi Sarani isə edama hazırlıq məqsədilə təkadamlıq kameraya köçürülüb.
Onun yaxın saatlarda dara çəkiləcəyi gözlənilir.