19 Noyabr 2018 17:06
706
12 Punto 14 Punto 16 Punto 18 Punto

Taliban terror təşkilatı ilə ABŞ hökumətinin xüsusi nümayəndəsi arasında 3 günlük görüş başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Röters” agentliyi məlumat yayıb.

Mənbə tərəflər arasında anlaşmanın olmadığını bildirib.

Görüşdə 2019-cu il aprelin 17-də Əfqanıstanda sülhün elan edilməsi məsələsi ətrafında müzakirə aparılıb.

Əfqan hökumətinin mətbuat katibi Zabiulla Mücahid radikal islam qruplaşmasının liderlərinin keçən həftə Qətərdə ABŞ hökumətinin xüsusi nümayəndəsi Zalmay Xalizadla görüşdüyünü bildirib:

“Bunlar ilkin görüşlərdir və müzakirə edilən məsələlərlə bağlı anlaşma əldə edilməyib”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər