Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rəhbəri olduğu Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısında jurnalistin sualına ingiliscə cavab verib.
Teleqraf.com xəbər verir ki, Ərdoğan jurnalistin İstanbul bələdiyyəsinə namizədin müəyyən edilməsilə bağlı sualına "yes" cavabını verib. Prezidentin bu cavabı jurnalistlərin gülüşünə səbəb olub.
Ardınca Ərdoğan "yoldaşlarımız bu istiqamətdə çalışırlar, heç bir problem yoxdur. Məndən söz almağa çalışmayın", deyə bildirib.