ABŞ Prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Cənubi Koreya dövlət başçısı Mun Çje İnlə də G20-də planlaşdırılan görüşü ləğv edib.
Bu barədə Sputnik məlumat yayıb.
Qeyd edək ki, bundan öncə Ağ Ev rəhbəri rusiyalı həmkarı Vladimir Putinlə də görüşdən imtina etdiyini açıqlamışdı.
Ağ Ev-in sözçüsü Sara Sanders məlumatı təsdiqləyib.
Trampın Putinlə görüşü ləğv etmə səbəbi açıqlansa da, Ərdoğanla görüşün ləğvinə aydınlıq gətirilməyib.