ABŞ Hərbi Dəniz Qüvvələrinin Yaxın Şərq regionundakı əməliyyatlara cavabdeh olan Beşinci donanmasının komandanı vitse-admiral Skott Stirni Bəhreyndəki evində ölü tapılıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin hərbi dəniz əməliyyatlarının rəhbəri Con Riçardson Tvitter mikrobloqunda məlumat yayıb.
O, admiralın ölümünün səbəbinin hələlik məlum olmadığını söyləyib. Con Riçardson Skott Stirninin sui-qəsd nəticəsində öldürüldüyü ehtimalının olmadığını deyib.