“Böyük İyirmilik” ölkələri liderlərinin Buenos-Ayresdə keçirilən sammiti yekunlaşdıqdan sonra Almaniya kansleri Angela Merkel yerli restoranların birində sadə vətəndaşlarla birlikdə şam edib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Merkel kiçik nümayəndə heyəti ilə Palermo rayonunda yerləşən "steyk haus"a baş çəkib. Restoranın ətrafındakı yollar məhdudlaşdırılsa da yerli camaat bu cür nüfuzlu qonaqları görə bilmək üçün "steyk haus"un pəncərəsinə yaxınlaşa biliblər.
Gecənin sonunda Merkellə şəkil çəkdirmək üçün restoranın qabağına böyük insan kütləsi yığışdığı qeyd olunub.