Türkiyə ya Rusiyadan S-400 sistemləri, ya da ABŞ-dan yeni nəsil F-35 təyyarələri almalıdır. Ankara ikisindən birini seçməlidir.
Teleqraf.com xəbər verir ki, bu sözləri amerikalı senator Ceyms İnhofe deyib.
Senator bildirib ki, Türkiyə F-35 proqramında qalması üçün Rusiyadan almağı planlaşdırdığı S-400 kompleksinə dair razılaşmanı dayandırmalıdır.
Senatın Silahlı Xidmətlər Komitəsinə rəhbərlik edən Ceyms İnhofe əlavə edib ki, Türkiyə S-400 kompleksindən imtina etməsə, F-35 proqramında 8 partnyor ölkədən biri olması məsələsi təkrar müzakirə oluna bilər.
Sonda o, elan edib ki, Türkiyə Rusiyadan S-400 almağa davam edərsə, bunun nəticələri olacaq.