4 Dekabr 2018 07:56
573
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT Təhlükəsizlik Şurası Fransa və Böyük Britaniyanın təşəbbüsü ilə İranın raket sınaqlarına dair qapalı məsləhətləşmələr keçirəcək.

Teleqraf.com-un məlumatına görə, bu barədə "TASS"a Fransanın BMT yanında daimi nümayəndəliyinin nümayəndəsi Aleksis Modjaski bildirib.

A.Modjaski deyib: "İranın ballistik sınaqları üzrə məsləhətləşmələr sabah qapalı formatda keçiriləcək".

BMT Təhlükəsizlik Şurasının səhər iclası Nyu-York vaxtı ilə saat 10:00-da başlıyır.

Qeyd edək ki, dekabrın 2-si ABŞ dövlət katibi Mayk Pompeo İranı BMT Təhlükəsizlik Şurasının qətnaməsini pozmaqla orta mənzilli ballistik raketi sınaqdan keçirməkdə ittiham edib: "İran indicə bir neçə böyüş başlığı daşıya bilən orta mənzilli ballistik raketi sınaqdan keçirib. Bu raketlə Avropanın bəzi hissələrinə və Yaxın Şərqin hər yerinə zərbə endirmək olar. Orta mənzilli ballistik raketi sınaqdan keçirilməsi BMT Təhlükəsizlik Şurasının 2231 qətnaməsini pozur".

Onun sözlərinə görə, ABŞ "bu cür hərəkətləri pisləyir və nüvə silahının çatdırılması üçün nəzərdə tutulan ballistik raketlərlə bağlı bütün əməliyyatları dərhal dayandırmağa çağırır İran".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər