ABŞ Dəniz Donanmasına məxsus iki hərbi təyyarə Yaponiya hava məkanında toqquşub.
Teleqraf.com xəbər verir ki, faktı Dəniz Piyadaları Komandanlığı təsdiq edib.
Komandanlıqdan verilən açıqlamada qeyd edilib ki, KC-130 təyyarəsi ilə F/A-18 model hərbi təyyarə təlim zamanı toqquşub və hər iki təyyarə yerə çırpılıb.
Yaponiya Sahil Təhlükəsizlik Qüvvələrinə məxsus qruplar qəza nəticəsində yaralanan pilotu xilas edə bilib.