Rusiya Prezidenti Vladimir Putin ilk dəfə olaraq “DC Entertainment” kompaniyasının “Doomsday Clock” ("Qiyamət Saatı") komiksinin səkkizinci buraxılışını auditoriya qarşısında təqdim edəcək.
Teleqraf.com xəbər verir ki, süjetə görə, hadisələr Rusiyada cərəyan edir. Supermen Moskvaya gəlir, burda V.Putinlə şəxsən görüşür.
Rusiya lideri ilə görüşdən sonra superqəhrəman qaçmış Faerştormun axtarışına çıxır.
Onu Misir və İordaniya arasında tapır və Qızıl Meydana gətirir.
Komiksdə həmçinin, Suriya mövzusuna toxunulur. “Amerika təbliğat maşını suriyalı oğlan personajı yaratmaqla burda da çirkin metodlardan istifadə etmək imkanlarını əldən verməyib”, – deyə “Polit Rossiya” saytı bildirib.