İngiltərədə nəşr olunan “Finansial Tayms” qəzeti Türkiyə üfüqlərində iqtisadi durğunluğun görünməyə başladığını yazıb.
Teleqraf.com xəbər verir ki, qəzet Türkiyə lirəsinin kəskin ucuzlaşmasının inflyasiyaya gətirib çıxardığının, bunun isə iqtisadi inkişafı zəiflətdiyini iddia edib.
Mənbə Türkiyə iqtisadiyyatındakı 3.5 faizlik böyümənin 2016-cı il iyulun 15-də baş vermiş dövlət çevrilişinə cəhddən sonra ən zəif göstərici olduğunu bildirib.
Qəzet yazır ki, Türkiyə Dövlət Statistikası tərəfindən təqdim edilən 3.5 faizlik böyümə rəqəmi həqiqəti əks etdirmir: “Əslində isə iqtisadiyyat 1.1 faiz kiçilib”.
Lakin “Finansial Tayms” Prezident Rəcəb Tayyib Ərdoğanın 2019-cu ildə keçiriləcək bələdiyyə seçkilərindən əvvəl lirənin süni bahalaşdırılması üçün Mərkəzi Banka təzyiq edəcəyini də iddia edib.
Qəzetin ekspertləri gələn il Türkiyə iqtisadiyyatının 2 faiz kiçiləcəyini bildiriblər.