19 Dekabr 2018 12:38
812
12 Punto 14 Punto 16 Punto 18 Punto

2019-cu il üçün Səudiyyə Ərəbistanın dövlət büdcəsi 1,106 tırlyon rial və ya 295 milyard dollar olacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Səudiyyə Kralı Salman Bin Əbdüləziz deyib.

Kral bildirib ki, 2019-cu il üçün dövlət büdcəsinin rekord səviyyəyə çatacağı gözlənilir. 2019-cu ilin büdcəsi 2018-ci illə müqayisədə 7 faiz çox olacaq.

Qeyd edək ki, ölkənin maliyyə naziri Məhəmməd Abdulla Cedan bildirib ki, korrupsiyaya qarşı mübarizə çərçivəsində həyata keçirilən həbslər və tədbirlər ölkə xəzinəsinə 100 milyard dollar gətirib.


Müəllif: Cavad

Oxşar xəbərlər