Rusiyanın Kirov vilayətində zorlama hadisəsi baş verib.
Teleqraf.com Rusiya KİV-ə istinadən xəbər verir ki, Slobodskoy rayonunda cinsi təcavüzə məruz qalan qızın 14 yaşı olub. Hüquq-mühafizə orqanları tərəfindən zərəçəkmişin adı, kimliyi haqda məlumat açıqlanmır.
Rayon prokurorunun köməkçisi yerli “Skat” televiziyasına açıqlamasında zorlama faktının təfərrüatı barədə məlumat verib. Qeyd edib ki, hadisə bu ilin payızında baş verib.
Tədqiqatçıların fikrincə, təqsirləndirilən şəxs yeniyetmə qonşusunu evlərinin ümumi dəhlizində görür. Evdə heç kimin olmadığından istifadə edən gənc oğlan qışqırmasın deyə, əllərilə qızın ağzını tutur və öz mənzilinə aparır.
14 yaşlı zərəçəkmiş nə qədər çalışsa da fiziki cəhətdən güclü olan qonşusunun əlindən yaxa qurtara bilmir. Qızın çaba göstərdiyini görüncə oğlan onu tualetə apararaq, vəhşicəsinə zorlayır.
Lakin özünü təqsirkar bilməyən manyak ifadəsində deyib ki, o qızı zorlamayıb, qarşılıqlı razılıq əsasında onunla əlaqədə olub. Ekspert Komissiyasının rəyində isə qızın zorlandığı bildirilir.
Hadisəni törədən şəxs barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 132-ci maddəsinin 4-cü hissəsinə müvafiq olaraq, başlanılmış cinayət işi artıq məhkəməyə göndərilib.
Onu 12 ildən 20 ilədək həbs cəzası gözləyir.