Beynəlxalq Qarabağ Forumunun VI toplantısı Türkiyənin İzmit şəhərində baş tutub.
Qarabağ Azadlıq Təşkilatından Teleqraf.com-a verilən məlumata görə, toplantıda Türkiyə, Azərbaycan, Rusiya və Bolqarıstandan olan nümayəndələr iştirak ediblər.
Toplantının əvvəlində Qarabağ Azadlıq Təşkilatının sədri, Beynəlxalq Qarabağ Forumunun koordinatoru Akif Nağı Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının başqanı Bilal Dündarı Qarabağ həqiqətlərinin təbliğində xidmətlərinə görə plaketlə təltif edib.
Forumun işinə Beynəlxalq Qarabağ Forumunun koordinatoru Göksıl Gülbıy sədrlik edib. Əvvəlcə təşkilatı məsələlərə baxılıb, yeni üzvlər qəbul olunub.
Yeni üzvlər Rusiyadan Tahir Hacıyev, Əşrəf Hüseynov və Sultan Mərzili, Azərbaycandan Firudin Məmmədov, Bolqarıstandan Hikmət Əfəndiyev, Altəkin Cəfərli, Abidin Qarasu, Mehmet Teyfik, Türkiyədən Turqut Cəfəroğludur.
Sonra təşkilatı məsələyə baxılıb. Forumun idarə olunması üçün koordinatorlar qrupu yaradılıb. Koordinatorlar qrupuna Azərbaycandan Akif Nağı, Emin Həsənli, Sultan Əzimzadə, Türkiyədən Göksəl Gülbəy, Cəfər Dal, Camal Barış, Turqut Cəfəroğlu, Rusiyadan Sultan Mərzili, Əşrəf Hüseynov, Tahir Hacıyev, Bolqarıstandan Rafet Ulutürk, Hikmət Əfəndiyev, Altəkin Cəfərli seçilib.
Növbəti toplantının gələn ilin ortalarında keçirilməsi ilə bağlı qərar qəbul olunub.
Beynəlxalq Qarabağ Forumunun yekun qətnaməsi qəbul edilib.