6 Yanvar 2019 18:06
477
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstanın Bədəxşan vilayətində torpaq sürüşməsi nəticəsində qızıl mədəninin çökməsi ən az 30 şaxtaçının ölümünə səbəb olub.

Teleqraf.com xəbər verir ki, bu barədə “Sky News Arabia” telekanalı məlumat yayıb. 20 şaxtaçının xəsarət aldığı bildirilir. Çökmə nəticəsində torpaq altında əlavə şaxtaçıların da olduğu istisna edilmir.

Qeyd edək ki, Bədəxşan vilayətində üç gündür kəskin hava şəraiti hökm sürür. Güclü qarın magistral yolları bağlaması nəticəsində vilayətin digər rayonlarla nəqliyyat əlaqəsi kəsilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər