9 Yanvar 2019 12:11
1 215
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton İrana qarşı təzyiqləri gücləndirmək məqsədilə başladığı kampaniyanı genişləndirmək üçün Demokratiyanı Müdafiə Fondunun (FDD) nüfuzlu üzvlərindən olan Riçard Qoldberqə xüsusi vəzifə verib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-da nəşr olunan “National Interest” qəzetində dərc olunmuş məqalədə bildirilib.

Qoldberqin Boltonun komandasına İranın kütləvi qırğın silahlarına qarşı mübarizə üzrə koordinator kimi qoşulması gözlənilir.

Məqalədə bildirilir ki, son bir neçə gündə Bolton İrana qarşı mövqeyinin dəyişməz olduğunu aydın şəkildə göstərir:

“O hesab edir ki, Tehrandakı rejimi Sovet İttifaqı kimi çökməyə yaxındır. Yəni, Reyqan tərzində təzyiqlər edilsə, İran daxilindən çökəcək.

Lakin İran rejimi öz davranışlarını dəyişsə, onu devirməyə ehtiyac qalmayacaq. ABŞ hökumətində bununla bağlı bir-birinə zidd fikirlər səsləndirən şəxslər də var. Məsələn, keçən il prezidentin məsləhətçisi Rudolf Guliani bildirdi ki, ABŞ İranda hakimiyyəti dəyişmək niyyətindədir”.

Məqalədə qeyd edilir ki, Qoldberqə yeni vəzifənin verilməsi ABŞ-ın Suriyadakı qoşunlarını çıxarılması prosesini ləngitmək niyyəti ilə üst-üstə düşdü: “ABŞ Suriyanı tərk edərsə, Tehran Barak Obama ilə müqayisədə Trampdan daha çox məmnun olacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər