8 Fevral 2019 22:57
653
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin səhiyyə naziri Fahrettin Koca İstanbulun Kartal rayonunda çökən səkkizmərtəbəli binanın dağıntıları altından yaralı olaraq xilas edilən vətəndaşları Kartal Tədris və Araşdırma Xəstəxanasında ziyarət edib.

Teleqraf.com xəbər verir ki, ziyarətdən sonra mətbuata açıqlama verən F.Koca ölənlərin sayının 15-ə çatdığını bildirib. Bildirib ki, xilas edilən 14 nəfərdən 13-nün müalicəsi davam edir. Onlardan yeddisi reanimasiya şöbəsindədir.

Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.

Xatırladaq ki, hadisə fevralın 6-da baş verib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər