Bu ilin may ayında Təl - Əvivdə keçiriləcək “Eurovision–2019” mahnı müsabiqəsində Sergey Lazarev Rusiyanı ikinci dəfə təmsil edəcək.
Teleqraf.com xəbər verir ki, bu haqda Rusiyanın Dövlət Televiziya və Radio Yayımları Şirkətinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, S.Lazarev ölkəsini “Eurovision-2016” mahnı müsabiqəsində də təmsil etmişdi.