9 Fevral 2019 12:20
823
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstriyanın Dornbirn şəhərində sosial işlər bürosunun məmuru otağında bıçaqlanaraq öldürülüb.

Teleqraf.com xəbər verir ki, hadisədən qısa müddət sonra ölkə mediası cinayəti törədən şəxsin türk olduğunu elan etmişdi.

Bu günlərdə isə bəlli olub ki, cinayəti edən şəxs əslində PKK üzvü 34 yaşlı Sonerdir.

PKK üzvü ona ölkədə yaşamaq icazəsi verilməsini istəyib, bu istəyi rədd olunduqda məmuru bıçaqlayaraq hadisə yerindən qaçıb.

Ölkə polisi elan edib ki, qatil həbs olunduqdan sonra törətdiyi cinayət hadisəsinə görə peşman olmadığını deyib.


Müəllif: Cavad

Oxşar xəbərlər