Göyərtəsində 18 qeyri-leqal miqrantın olduğu kiçik gəmi Aralıq dənizinin Əlcəzair Oran şəhəri sahillərində batıb. Nəticədə iki nəfər ölüb.
Bu barədə yerli APS agentliyi məlumat yayıb.
"Gəminin göyərtəsində olan 18 nəfərdən 13-ü sahil mühafizəsi tərəfindən xilas edilib, onlardan 11 nəfəri əcnəbidir, ikisi Əlcəzair vətəndaşı…Həmçinin iki kişinin meyiti aşkar edilib", - deyə xilasetmə xidmətindən bildirilib.
Hazırda 3 nəfər itkin düşmüş hesab olunur, onların axtarışları davam edir.
Daha əvvəl Cibuti sahillərində miqrantları daşıyan iki qayığın çevrilməsi nəticəsində 5 nəfər ölüb, 130-dan çox insan itkin düşüb.
Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.