Məşhur müğənni Nilüfər 64 yaşında bir ilkə imza atıb.
Teleqraf.com xəbər verir ki, o, "Tik Tak" adlı klipinə çimərlik geyimində çəkilib.
Tanınmış moda dizaynerləri Hakan Akkaya və Cihan Nacara aid özəl hazırlanmış iki çimərlik kostyumunda kamera qarşısına çıxan Nilüfər uzun çəkmələrlə cəlbedici forma alıb.
Yaşına baxmayaraq müğənninin bədən quruluşu, saçının təzə saç rəngi və imici ilə diqqət çəkib.