İngiltərə hökuməti İŞİD-ə qatılmaq məqsədilə Suriyaya gedən Şamima Bequmu vətəndaşlıqdan çıxarmaq qərarı verib.
Teleqraf.com-un məlumatına görə, ölkənin Daxili İşlər Nazirliyi Bequmun ailəsinə məktub yazaraq bildirib ki, gənc qızın vətəndaşlıqdan çıxarılması proseduruna başlanılıb.
Ötən həftə Bequmun Suriyada qaçqın düşərgəsində yaşadığı ortaya çıxıb.
“Times” qəzetinə danışan Bequm bəyan edib ki, 4 il əvvəl ölkəsindən qaçan səfeh qızcığaz deyil və Suriyaya gəldiyinə görə peşman olmayıb. Xəbərdə yenidən hamilə olan Bequmun övladları ilə birlikdə İngiltərəyə dönmək niyyəti olduğu ifadə edilib.
Ancaq İngiltərə təhlükəsizlik naziri Ben Valles bəyan edib ki, gənc qızın hərəkətlərindən peşmanlıq çəkməməsi narahatlıq doğurur.
Nazir bildirib ki, insanlar nəyə qoşulduğunun fərqində olmalıdır.
Xatırladaq ki, Şamima Bequmun Kadiza Sultan və Amira Abbas adlı iki rəfiqəsi ilə birlikdə 2015-ci ilin 17 fevralında İstanbula getdiyi müəyyən olunmuşdu.
-