20 Fevral 2019 10:47
2 005
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Hesablama Palatasının sədri Aleksey Kudrin ABŞ-ın növbəti sanksiyaları barədə xəbərdarlıq edib.

Teleqraf.com xəbər verir ki, Kudrin sanksiya dalğasının Rusiya iqtisadiyyatında şok effekti yaradacağını bildirib.

Hazırda Rusiya iqtisadiyyatının ABŞ-ın sanksiyalarına qarşı dayanıqlı olduğunu deyən palata sədri qeyd edib ki, növbəti mərhələlərdə iqtisadi sektor sanksiyalardan ağır zərər görə bilər:

“Keçən il tətbiq edilən sanksiyalar təkcə rus şirkətlərini yox, bütün maliyyə bazarına mənfi təsir etdi. Bu, şokedici təsir deyildi, amma sanksiyalar iqtisadi böyümənin qarşısını alır”.

Qeyd edək ki, keçən həftə Rusiya banklarına, enerji sektoru və dövlət borclarını hədəf alan yeni sanksiya layihəsi ABŞ Konqresinə təqdim edilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər